Niyə bəzi kreativ direktorlar fikirlərini satmaqdan çəkinir?


Digərləri 13 May 2018 19:45:00 276 0

Niyə bəzi kreativ direktorlar fikirlərini satmaqdan çəkinir?

Kreativ agentlik "Iris Worldwide"ın idarəedici şəriki və kreativ direktoru Gabi Mostert kreativ əməkdaşların öz fikirlərini paylaşmaqdan çəkinməyinin səbəblərindən və karyera pilləsində aldığı dərslərdən bəhs edib. Niyə fikir paylaşmaq həmişə qorxulu gəlir? Yazının ərsəyə gəlməsi, fikirlərimə əlavələr edilməsi üçün bir çox kreativ direktorlar ilə danışdım.

Son.az facemark.az-a istinadən bildirir ki, onlardan biri mənə dedi ki, fikirlərim ərsəyə gələn zaman onlar yeni doğulan uşaqlar kimi bir az yöndəmsiz, gözəl olmurlar. Onlara ən axmaq insan belə zərər verə bilər. Hətta, çöküşə səbəb ola bilər.

Fikirlərin həyatda qalmağı üçün sevgi və istedada sahib insanlar lazımdır. Başqa biri isə fikirləri üçün "Onlar mənim körpə balalarımdır. Fikirlərimi mühafizə etmək məcburiyyətindəyəm. Çünki, bir addımlığımızda onları bıçaqlayıb öldürmək istəyən insanlar var", - şərhini etmişdi.

Fikirlər üzərində qurulan sektorda çalışırıq. Amma iş onları bir-birimizlə bölüşməyə gəldikdə, bax orda çox yaxşı deyilik.

Fikir vermisinizsə, normal fikir mübadiləsi çərçivəsində biz düşüncələrimizi kreativ direktorlarla, müştəri qrupu ilə paylaşırıq. Amma iş o fikirləri digər kreativ direktorlar ilə bölüşməyə gəldikdə, orda dayanırıq.

Əlbəttə, bunun bir çox səbəbi var. Birincisi, düşünürük ki, fikirlərimiz kifayət qədər yaxşı deyil. Fikirləşirik ki, başqası o fikrə əlavə nəsə edərsə, bu halda həmin fikir 100% ilk bizdən çıxmayacaq. Fikirlərimizə edilə biləcək mənfi şərhlərdən və başqalarının fikirlərimizi oğurlamasından qorxuruq.

Mən də bu mövzularda çox təlaşlı idim. Bəzi qaranlıq günlərdə belə hələ də eyni təlaşı yaşayıram. Ancaq son illər fikirlərimi insanlarla paylaşmaq üçün şüuraltı olaraq çox səy göstərdim. Kifayət qədər önəmli dərslər aldım. Üstəgəl, bir az səydən sonra, bunu etmək sanki asanlaşdı.

Növbəti sətirlər fikirlərini paylaşmaqdan qorxan kreativ direktorlar və kreativ departamentinin bir az daha açılmasını istəyən liderlər üçündür.

Fikirlər yumurta deyil

Üstlərinə oturub içindən cücənin çıxmasını gözləyə bilməzsiniz. İşinizlə bağlı olaraq etdiyiniz hər müzakirə sizi daha yaxşı bir mövqeyə gətirəcək. Fikirlərinizi detallaşdırmaq və satmaq məsələsində daha peşəkar olacaqsınız. Üstəgəl, ön görüşmələrdə fikirlərinizi təqdim etməyiniz, sizə daha çox təcrübə qazandıracaq.

Açılın

Fikirlərin paylaşılması təbii qarşılıqlı təsir göstərir. İnsanlar özlərinə dəyər verildiyini hiss edəcəklər. Sizinlə fikirlərini paylaşmaq üçün açıq qapı qoyacaqlar. Fərqli baxış bucağına malik olan bir neçə kreativ tapın. İşlərinizi onlarla paylaşın. Beləliklə, baryerləri aradan qaldıra bilər, qarşılıqlı təsir yarada və hər paylaşımdan nəsə qazanarsınız.