Oxuyanların qanını donduran ölüm səbəbləri


Digərləri 13 May 2018 19:19:00 282 0

Oxuyanların qanını donduran ölüm səbəbləri

Son.az publika.az-a istinadən xəbər verir ki, dünyanın ən qəribə 10 ölüm hadisəsini təqdim edir:

1. Hindistanda yaşayan bir adam bəşər tarixində ilk dəfə baş verən bir hadisənin qurbanı olur. 40 yaşılı sürücü avtobusdan enib su içdiyi anda başına meteorit düşüb və dünyasını dəyişir.

2. 1999-cu ildə İngiltərədə parkda gəzişən iki gənc qadın fırtınaya yaxalanır. Yağışdan qorunmaq üçün böyük bir ağacın altında gizlənən qadınlar bu ağacın onların ölümünə səbəb olacağını ağıllarına belə gətirmirlər. Anidən çaxan şimşək qadınların alt paltarlarındakı dəmir vasitəsilə elektrik axınını birbaşa onların üzərinə çəkir. Elə həmin an ölən qadınların cəsədi düz 15 saat ağacın altında qalır.

3. Bir fil baxıcısı fili təmizləyərkən onun nəcisi altında qalaraq can verir.

4. Çinli şair Li Ponun Çin ədəbiyyatı tarixində 2 məşhur şeiri qalır. Şair hər zaman sərxoş halda dolaşarmış. Bir axşam çayda qayığı ilə üzərkən suya yansıyan Ayın kölgəsini qucaqlamaq istəyir və qayıqdan suya düşür. Beləcə şair faciəvi şəkildə dünyasını dəyişir.

5. Avstriyalı Hans Stininger dünyanın ən uzun saqqalına sahib insan kimi məşhurluğa qovuşur (onun 1400 sm saqqalı var imiş). Lakin onu məşhur edən bu saqqal həm də ölümünə səbəb olur. 1567-ci ildə Hansın yaşadığı qəsəbədə böyük yanğın baş verir. Hans saqqalını yığışdırmağı unudur və alovdan qurtula bilmir. Müqavimətini itirib alovun içinə yıxılır...