Pakistanda körpünün uçması nəticəsində 5 nəfər ölüb


Dünya 13 May 2018 19:05:17 232 0

Pakistanda körpünün uçması nəticəsində 5 nəfər ölüb

Ümumilikdə 20 nəfəri çay aparıb

Pakistanın cənubunda yerləşən Azad Kəşmir əyalətindəki Nilum vadisində körpünün uçması nəticəsində azı 5 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən "Pakistan Today" nəşri məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı Nilum çayı üzərindən keçən körpüdə 25 nəfər olub. Həmin şəxslərdən azı 20-si çaya düşüb və onları su aparıb. Suya düşən şəxslərdən 5-i boğulub.

Yerli hakimiyyət dairələri xilasetmə əməliyyatı aparıb və nəticədə 6 nəfər xilas edilib. Lakin güclü külək və suyun soyuq olması axtarış işlərini çətinləşdirir.