Gənc futbolçuya 100 milyon funt qiymət qoyulub


İdman 13 May 2018 18:54:00 278 0

Gənc futbolçuya 100 milyon funt qiymət qoyulub

Fulham-də göstərdiyi oyun sayəsində bir sıra aparıcı klubların maraq dairəsinə düşən Rayan Sessenyona qiymət qoyulub. Goal.az xəbər verir ki, gənc müdafiəçi ən bahalı ingilis futbolçu ola bilər. Onu transfer etmək istəyən 100 milyon funt ödəməli olacaq. Sessenyona əsas namizədlər Manchester United, Tottenham və Paris Saint Germain-dir.

17 yaşlı futbolçu sol cinah müdafiəçisi və vinqeri mövqelərində oynaya bilir. Bu mövsüm Championship-də 47 oyuna çıxan Sessenyon 15 qol vurub.