Ramazan ayında müğənnilər oruc tutacaqmı? FOTO


Şou-biznes 13 May 2018 18:28:54 568 0

Ramazan ayında müğənnilər oruc tutacaqmı?  FOTO

Ramazan ayına sayılı günlər qalıb. Dini baxımdan toylara qadağa olmasa da, xalqımız bu ayda toy şənlikləri keçirmir. Bu səbəbdən də Ramazan ayı gəliri toylardan çıxan müğənnilərin pulsuz və bekar qaldığı aylardandır. Ona görə də müğənnilər bu ayda ya istirahət edər, ya da yaradıcılıqla məşğul olurlar.

Maraqlıdır, bəs bu ayda müğənnilər arasında kimlər oruc tutacaq, kimlər istirahət edəcək?

Son.az bildirir ki, musavat.com bu sualı bir neçə müğənnimizə ünvanlayıb.

Müğənni Leyla Ramazanlı hər il olduğu kimi bu il də oruc tutacaq: "Soyadım da elədir - Ramazanlı. Allaha inamım böyükdür. Ona görə də həmişə oruc tuturam. Ramazan ayında tətilə çıxmayacağam. Yaxın vaxtlarda təzə mahnım çıxacaq. Ona görə də tətilə çıxmıram, işləyirəm. Yeni mahnımı kliplə birgə təqdim edəcəyəm".