Əfqanıstanda yaraqlıların hücumu nəticəsində 8 hərbçi ölüb


Dünya 13 May 2018 18:10:04 306 0

Əfqanıstanda yaraqlıların hücumu nəticəsində 8 hərbçi ölüb

Atışma zamanı 6 "Taliban" terrorçusu zərərsizləşdirilib

Əfqanıstanın Kunduz əyalətində "Taliban" terrorçuları ilə silahlı qarşıdurma nəticəsində azı 8 hərbçi həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisin bəyanatına istinadən "Tolo News" məlumat yayıb.

Bildirilir ki, toqquşma onlarla "Taliban" yaraqlısının Dəşti-Arçi rayonuna hücumundan sonra baş verib.

"8 əsgər və "Taliban"ın "Red Unit" bölməsinin 6 üzvü ölüb, daha 4 talib yaralanıb", - deyə telekanal polisin məlumatını sitat gətirib.

Hökumət qüvvələri hücumun qarşısını bir neçə saatlıq toqquşmadan sonra ala biliblər.

Telekanalın məlumatına görə, "Taliban" hücuma görə məsuliyyəti üzərinə götürüb.