O da “Maşın” şouda yarışacaq


Şou-biznes 13 May 2018 18:10:00 300 0

O da “Maşın” şouda yarışacaq

Mayın 28-də başlayacaq "Maşın" şounun növbəti iştirakçısı məlum olub.

Son.az bildirir ki, musavat.com-a daxil olan məlumata görə, "Qurd" ləqəbi ilə tanınan Fərid  Eminov 18 iştirakçıdan biri olacaq.

Bir müddət öncə isə minval.info saytı yarışmada meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə və müğənni Damlanın avtomobil üçün mübarizə aparacağı haqqında məlumat yayıb. Bundan əlavə Şəbnəm Tovuzlunun da yarışmaçılar arasında olması gözlənilir.