2022-ci il dünya çempionatında spirtli içkilərlə bağlı məsələ həll olunub


İdman 13 May 2018 18:14:00 315 0

2022-ci il dünya çempionatında spirtli içkilərlə bağlı məsələ həll olunub

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iki növ fan-zona təşkil olunacaq. Goal.az xəbər verir ki, bunlardan birində dini və digər səbəblərə görə spirtli içkilər qəbul etməyən azarkeşlər yerləşəcək. Digər fanz-onada isə alkoqol içkilərin satışı və istifadəsinə icazə veriləcək. Qətər hökuməti bəzi fan-zonaları səhrada qurmaq barədə düşünür. Azarkeşlər orda yaradılan kempinqlərdə yaşamaq imkanı da qzanacaq. Qətər əhalisi bədəvi ərəblərin tarixi ənənəsini davam etdirərək həftəsonu səhradakı alaçıqlarda istirahətə üstünlük verirlər.

Dünya çempionatına kimi ölkədə nəqliyyat sisteminin müasirləşdirilməsi də planlaşdırılır. Artıq 2019-cu ildə 50 stansiyası olan metro fəaliyyətə başlayacaq. Metro xətləri 8 stadionu vahid nəqliyyat şəbəkəsində birləşdirəcək. Eyni zamanda stadionlara avtobus və sualtı taksilərdə də getmək mümkün olacaq.