Ağdaşda yol qəzası nəticəsində 7 nəfər xəsarət alıb


Sosial 13 May 2018 17:36:16 246 0

Ağdaşda yol qəzası nəticəsində 7 nəfər xəsarət alıb

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Ağdaş rayonunun Qaradağlı kəndi istiqamətində ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, "Niva" və "VAZ-2109" markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.