Beş futbolçu Topaz Premyer Liqasında son turu buraxacaq


İdman 13 May 2018 17:10:00 311 0

Beş futbolçu Topaz Premyer Liqasında son turu buraxacaq

Topaz Premyer Liqasının 27-ci turunda cəzalı duruma düşən 5 futbolçu üçün mövsüm başa çatıb. Goal.az xəbər verir ki, bu oyunçulardan ikisi qırmızı, üçü sarı vərəqə səbəbindən son turu buraxmalı olacaq. Mövsümü başa vuranlardan ikisi Zirə-nin legionerləridir. Milan Duriç Kəpəz-lə oyunda meydandan qovulubsa, Jozef Bum sarı vərəqə sayını 4-ə çatdırıb. Onlar Sumqayıt-la mayın 20-də keçiriləcək görüşü buraxmalı olacaq. 

Zirə-ylə matçda qırmızı vərəqə alan Kamran Abdullazadə son turda Kəpəz-ə kömək etməyəcək. O, mayın 20-də Neftçi-yə qarşı ev oyununda istirahət edəcək. Sonuncular da matça itki ilə çıxacaq. Səbail-lə oyunda sarı vərəqə alan Derlis Meza Kolli mövsümdə 4-cü xəbərdarlıqla cəzalanıb.

Azərbaycan çempionu Qarabağ da itki ilə üzləşib. Ağdam klubu Donald Geryenin xidmətindən məhrum olub. Keşlə ilə qarşılaşmada cəzalanan haitili Qəbələ ilə səfər matçına yollanmayacaq.