Marseille-də 25 ildən sonra təkrarlanan statistika


İdman 13 May 2018 16:49:00 278 1

Marseille-də 25 ildən sonra təkrarlanan statistika

Fransa Liqasının 37-ci turunda Guingamp-ın qonağı olan Marseille meydandan 3:3 hesablı bərabərliklə ayrılıb. Bu matçda qonaqların yarımmüdafiəçisi Florian Toven dubla imza atıb. Goal.az xəbər verir ki, 25 yaşlı havbek bu mövsüm liqada vurduğu qolların sayını 22-ə yüksəldib. Toven Alen Bokşiçdən sonra "provanslar"ın heyətində 22 qol həddinə çatan ilk oyunçu olub. Bokşiç 1992/93 mövsümündə buna nail olmuşdu. Marseille bu mövsüm son matçını Amiens-ə qarşı keçirəcək.