Tbilisidə yenidən etiraz aksiyası başlayıb
Dünya 13 May 2018 16:18:12 234 0
Tbilisidə parlament binasının qarşısında gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya bərpa olunub.
Son.az-ın APA-ya istinadən məlumatına əsasən, aksiyanın təşkilatçılarından olan "Ağ səs-küy" hərəkatının lideri Beka Tsikarişvili baş nazir Giorgi Kvirikaşvilini sükutu pozub ictimaiyyət qarşısında bəyanatla çıxış etməyə çağırıb.
B. Tsikarişvili deyib ki, baş nazir mövqeyini açıqlamasa, onun və daxili işlər nazirinin istefası ilə bağlı tələbləri davam edəcək.
Mənbə: milli.az