Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edildi


Digərləri 13 May 2018 16:04:00 285 0

Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edildi

9-13 may tarixlərində Böyük Britaniyada möhtəşəm Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

Son.az-a Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata əsasən, tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq Ülyahəzrətə təqdim edilib.

Cəsar Məmmədov Azərbaycan rəssamlıq sənətində özünəməxsus bir məktəb yaratmış, Əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun ailəsində dünyaya göz açıb. O,yüksək yaradıcılıq nailiyyətlərinə görə Avropa Akademiyasının "Şərəf " ordeninə layiq görülüb.