İsrail çempionatında titulun sahibi məlum oldu


İdman 13 May 2018 15:48:00 285 0

İsrail çempionatında titulun sahibi məlum oldu

İsrail çempionatında 2017/18 mövsümünün çempionu bəllidir. Goal.az xəbər verir ki, Hapoel Beer Sheva sona 1 tur qalmış 1-ci yeri təmin edir. Komanda öz meydanında Maccabi Tel Aviv-ə minimal hesabla uduzan Hapoel-in ən yaxın izləyicisi Beytar da xal itkisi ilə üzləşib. Turnir cədvəlində 2-ci pillənin sahibi səfərdə Bnei Yehuda-nın müqavimətini qıra bilməyib. Qeyd edək ki, Hapoel ardıcıl 3-cü, ümumilikdə 5-ci çempionluğunu bayram edib. Beer-Şeva təmsilçisi Çempionlar Liqasında 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.