İkardi: "İnter-ə lazım deyiləmsə, gedəcəm"


İdman 13 May 2018 15:11:00 270 0

İkardi: "İnter-ə lazım deyiləmsə, gedəcəm"

İtaliya A Seriyasının 37-ci turunda evdə Sassuolo-ya uduzan (1:2) İnter Çempionlar Liqasına vəsiqə qazanmaq imkanını, demək olar ki, itirib. Goal.az xəbər verir ki, "nerazzurri"nin hücumçusu Mauro İkardi matçdan sonra gələcək taleyin ilə bağlı danışıb.

"Hər il bunu deyirəm. İnter-ə lazımamsa, burda qalacam. Əks halda gedəcəm. Bu barədə klub rəhbərliyi ilə danışacam. Hər zaman komandanın maraqlarına uyğun hərəkət edirəm. Mövsümün sonunda hansı qərarın daha yaxşı olacağına baxarıq" - argentinalı forvard deyib.