Elmar Məmmədyarov Belçikaya getdi


Siyasət 13 May 2018 14:56:00 326 0

Elmar Məmmədyarov Belçikaya getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, E.Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb. Bildirilir ki, səfər çərçivəsində E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.