Zenit baş məşqçinin istefasını təsdiqlədi


İdman 13 May 2018 14:30:00 263 0

Zenit baş məşqçinin istefasını təsdiqlədi

Bu mövsüm Rusiya Premyer Liqasında uğursuz çıxış edərək Çempionlar Liqasına vəsiqəni təmin edə bilməyən Zenit-də baş məşqçi istefaya gedib. Goal.az xəbər verir ki, Roberto Mançini ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mançini 2017-ci il 1 iyulda "piterlilər"in sükanı arxasına keçmişdi. Onun cari müqaviləsi 14 mayda bitirdi. Böyük ehtimalla Mançini İtaliya millisinin baş məşqçisi təyin olunacaq.