Britaniyada 15 nəfəri qətlə yetirmiş təhlükəli cinayətkar öldü


Dünya 13 May 2018 14:25:00 234 0

Britaniyada 15 nəfəri qətlə yetirmiş təhlükəli cinayətkar öldü

Britaniyada 1978-ci ildən 1983-cü ilə qədər silsilə qətllər törədərək 15 insanın həyatına son qoyan Dennis Nilsen həbsxanada 72 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, "Full Sutton" həbsxanasında ölən qatli təbii səbəbdən vəfat edib. Lakin həbsxana xidməti buna baxmayaraq müttəhimin ölümü ilə bağlı müstəqil təhqiqat aparacaq.