Elmar Məmmədyarov Belçikaya səfər edib


Digərləri 13 May 2018 14:26:00 200 0

Elmar Məmmədyarov Belçikaya səfər edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb

Bakı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, E.Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb. Bildirilir ki, səfər çərçivəsində E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin