“Bakı Marafonu 2018”-in qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 13 May 2018 14:27:24 287 0

“Bakı Marafonu 2018”-in qalibləri mükafatlandırılıb (FOTO)

“Bakı Marafonu 2018”-in qalibləri mükafatlandırılıb.

Bakı. Vüqar İmanov - Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən “Bakı Marafonu 2018”-in qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, “Bakı Marafonu”nun qalibi ukraynalı İqor Olefirenko olub. O, marşrutu 1 saat 6 dəqiqəyə qət edib. Bu, Bakıda keçirilən marafonlar tarixində rekord göstəricidir. İkinci yerin sahibi iranlı Məhəmməd Cəfər Muradi olub. Türkiyəli Ömər Alkanoğlu isə ilk üçlüyü tamamlayıb. Marafonun qadın kateqoriyası üzrə qalibi türkiyəli Çelik Fadime olub. Ukraynalı Valentina Poltavska ikinci, rusiyalı Anastasiya Petrova isə üçüncü yeri tutub. Bundan başqa, paralimpiyaçılar arasında Mehman Ramazanzadə finişə birinci çatıb. “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu” ardıcıl üçüncü ildir təşkil olunub. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib. “Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. “Bakı Marafonu” idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədilə təşkil olunur. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər.