Bakı Marafonunun paralimpiyaçı qalibi: "Bu qələbəmlə bəzi insanlara deyirəm ki, ruhdan düşməsinlər"


Digərləri 13 May 2018 12:27:00 236 0

Bakı Marafonunun paralimpiyaçı qalibi: "Bu qələbəmlə bəzi insanlara deyirəm ki, ruhdan düşməsinlər"

"Bu qələbəmlə bəzi insanlara deyirəm ki, ruhdan düşməsinlər".

Bakı. Vüqar İmanov - "Bu qələbəmlə bəzi insanlara deyirəm ki, ruhdan düşməsinlər". Bunu Trend-ə "Bakı Marafonu 2018"-də paralimpiyaçılar arasında qalib gələn Mehman Ramazanzadə deyib. M.Ramazanzadə marafonda ilk dəfə iştirak etdiyini bildirib: "Mən marafonçu deyiləm, amma özümü sınamağa qərar verdim. Gördüyünüz kimi, "küləyə qalib gəldim". O, finişə çatacağını gözləmədiyini qeyd edib: "Bu qalibiyyətlə ruhdan düşmüş insanlara çox şey demək olar. Qoy paralimpiyaçılara baxıb ruhlansınlar, həyat eşqləri sönməsin". Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.