Qadın sürücü 20 Yanvar dairəsində maşını aşırddı, ağır yaralandı


Digərləri 13 May 2018 12:03:00 230 0

Qadın sürücü 20 Yanvar dairəsində maşını aşırddı, ağır yaralandı

Ötən gecə Bakının Yasamal rayonu ərazisində, "Azərsu" ASC-nin binası qarşısında minik maşını aşıb.

Son.az-ın report-a istinadən məlumatına görə, "99-KJ-767" dövlət qeydiyyat nişanlı avtomobil 20 Yanvar dairəsi yaxınlığında yüksək sürətlə manevr edərkən aşıb.

Nəticədə qadın sürücü ağır yaralanaraq şok keçirib. Onu avtomobildən yaxınlıqda olan insanlar çıxararaq xəstəxanaya aparıblar.

Hazırda həmin qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.