"Bakı Marafonu 2018"-in qalibi müəyyənləşdi (YENİLƏNİB) (FOTO)


Digərləri 13 May 2018 11:33:00 259 0

"Bakı Marafonu 2018"-in qalibi müəyyənləşdi (YENİLƏNİB) (FOTO)

"Bakı Marafonu 2018"-in qalibi müəyyənləşib.

Bakı. Vüqar İmanov - "Bakı Marafonu 2018"-in qalibi müəyyənləşib. Trend-in məlumatına görə, finişə ilk çatan ukraynalı İqor Oletirenko (1990-cı il təvəllüd) olub. İkinci yerin sahibi iranlı Məhəmməd Cəfərdir (1990). Türkiyəli Ömər Alkanoğlu (1991) isə ilk üçlüyü tamamlayıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.