UEFA prezidenti: "FİFA yalnız 7 klubla hesablaşır"


İdman 13 May 2018 11:28:00 310 0

UEFA prezidenti: "FİFA yalnız 7 klubla hesablaşır"

UEFA prezidenti Aleksander Çeferin FİFA-nın Klublararası dünya çempionatında iştirakçıların sayını artırmaq ideyasını tənqid edib. Goal.az xəbər verir ki, sloveniyalı funksioner qarşı tərəfə bütün klublarla hesablaşmağı tövsiyə edib.

"Futbolçuların oyun qrafiki, onsuz da sıxdır. FİFA özünü qəribə aparır. Onlar az sayda Avropa klubları ilə danışıqlar aparır və yalnız vacib saydıqları ilə görüşürlər. Amma Avropa Klublar Assosasiyası yalnız 7 komandadan ibarət deyil. Həqiqətən, bir alman, 2 ispan və 2 ingilis klubunu əhəmiyyətli sayırlar? FİFA hər bir kluba hörmətlə yanaşmalıdır. Təsəvvür edə bilmirəm ki, UEFA qitə futbolunun gələcəyinə təsir edəcək məsələlərin müzakirəsinə 7 klub və ya assosasiya dəvət etsin. Biz hər kəslə məsləhətləşirik. Təbii ki, klublar FİFA-nın təklifinə şübhə ilə yanaşırlar. Bilirəm ki, dəvət olunan komandaların 7-dən ən azı 3-ü qurumun təklifi ilə razı deyil".

Qeyd edək ki, FİFA Klublararası dünya çempionatında iştirakçı komandaların sayını 24-ə çatdırmaq və turniri 4 ildən bir keçirməyi planlaşdırır.