Venesuelalı marafonçu: "Bakı Marafonu 2018" sağlam həyat tərzi baxımından çox müsbət tədbirdir


Digərləri 13 May 2018 11:21:04 249 0

Venesuelalı marafonçu: "Bakı Marafonu 2018" sağlam həyat tərzi baxımından çox müsbət tədbirdir

"Bakı Marafonu 2018" idmanın populyarlaşdırılması və sağlam həyat tərzi baxımından çox müsbət tədbirdir.

Bakı. İlkin Şəfiyev - "Bakı Marafonu 2018" idmanın populyarlaşdırılması və sağlam həyat tərzi baxımından çox müsbət tədbirdir. Bunu Trend-ə marafonun venesuelalı iştirakçısı Karlos Bueno deyib. O, Bakıda insanların mehriban və gülərüz olduğunu bildirib: "Hər şey yüksək səviyyədə təşkil olunub. Hava da çox gözəldir. Şadam ki, Bakıda belə tədbir keçirilir. Ümidvaram ki, bu marafonun şöhrəti artacaq". Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.