Hacıqabulda “spays" satan şəxslər tutuldular


Kriminal 13 May 2018 10:59:46 282 0

Hacıqabulda “spays" satan şəxslər tutuldular

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayon sakinlərindən narkotik vasitə olan "spays" götürülüb.

Son.az-ın APA-ya istinadən məlumatına görə, Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram "spays" götürülüb.

Məlum olub ki, S. Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. S.Əliyev narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb. Hər 3 şəxs saxlanılıb.