"İran nüvə sazişi hesabına müdafiə büdcəsini artırıb"


Dünya 13 May 2018 09:38:00 296 0

"İran nüvə sazişi hesabına müdafiə büdcəsini artırıb"

İranla bağlanmış nüvə sazişi Tehrana müdafiə büdcəsini 40 faiz artırmağa imkan yaradıb.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Tvitter" hesabında yazıb.  

"Obama nüvə sazişi üzrə sövdələşməyə nail olduqdan sonra İranın müdafiə büdcəsi 40 faizdən çox artıb... Bu sadəcə həmin razılaşmanın böyük bir yalan olmasının növbəti təsdiqidir. Lakin indi belə deyil!", - deyə Tramp qeyd edib.