“Quska” elə adlar çəkir, elə ifadələr verir ki...


Digərləri 12 May 2018 23:41:00 326 0

“Quska” elə adlar çəkir, elə ifadələr verir ki...

Sabiq deputat Hüseyn Adbullayevin vəkili mətbuatdan qaçır. O, müvəkkilinin harada saxlanması, onun səhhəti, saxlama şəraiti haqda məlumat vermək istəmir. Heç Hüseyn Abdullayevin ittihamlarla razılaşıb-razılaşmaması haqda da danışmağı özünə rəva bilmir. Əslində "Quska" ləqəbli eks deputatın vəkilinin belə bir tövr sərgiləməsi gözləniləndir. Belə görünür ki, vəkil müvəkkilinin mövqeyini ifadə edir, çıxıb nəsə danışmır. 11 il əvvəl də belə idi. Hüseyn Abdullayev Milli Məclisin iclas zalında deputat həmkarı Fəzail Ağamalı ilə dalaşdıqdan sonra əksəriyyət birincinin haqlı olduğunu düşünür, onun mövqeyini ifadə edən vəkilin açıqlamalarına böyük diqqət göstərirdilər. Amma vəkil danışmırdı.

Son.az musavat.com-a istinadən bildirir ki, "Quska" az sonra onu keyfiyyətli şəkildə müdafiə edən vəkilin xidmətlərindən imtina edib "paykovoy" vəkillə müqavilə bağladı. Az sonra isə azadlığa çıxdı. Hazırda da belə xəbərlər dolaşmaqdadır ki, Hüseyn Abdullayev əvvəlki həbsi zamanı atdığı addımları təkrar etməklə azadlığa çıxmağa can atır. Həbsdə olub azadlığa can atmayan məhbus yoxdur. Hüseyn Abdullayevin də belə istəyinin olması təbiddir. Onu digərilərindən fərqləndirən vaxtilə kriminal qruplaşmaya rəhbərlik etməklə böyük gəlir gətirən iqtisadi sahələrə əl qoymasıdır. Kriminal-biznesmen keçmişli biri 2005-ci ildə qəfil deputata çevrildi və 2 il sonra parlamentdə məlum olay baş verdi.

Zaman göstərir ki, dəyişən illərdir, Hüseyn Adbullayev isə dəyişmir. İndi də xəbərlər yayılır ki. həmin dövrdə həbsə düşəndə özünü necə aparırdısa, indi də fərqli heç nə etmir.

Bəzi məlumatlarda deyilir ki, H.Abdullayev artıq istintaqla əməkdaşlığa başlayıb. Mənbənin iddiasına görə, o, istintaqa elə adlar çəkib ki, təcrübəli istintaqçılar belə təəccüblərini gizlətmirlər.