Trampın köməkçisindən xərçəng xəstəsinə qarşı


Dünya 12 May 2018 23:34:00 311 0

Trampın köməkçisindən xərçəng xəstəsinə qarşı

ABŞ prezidenti Donald Trampın özəl köməkçisi Kelli Sadlerin bir müddətdir beyin xərçəngi ilə mübarizə aparan Respublikaçı senator Con Makkeyn haqqında dedikləri gündəm olub.

Son.az publika.az-a istinadən xəbər verir ki, Ağ Evdəki daxili görüşdə "işgəncəçi" ləqəbli Gina Haspelin Mərkəzi Kəşfiyyat İdarəsinin direktorluğu kreslosuna oturmasına Makkeyn qarşı çıxıb. Bu hadisəni görən Sadler isə "fikri önəmli deyil, onsuzda ölür" ifadəsini işlədib. İclasdakı digər iştirakçılar bu zarafatın yersiz olduğunu deyib.