Bəd nəzərdən, cadudan qorunmanın


Digərləri 12 May 2018 22:26:00 225 0

Bəd nəzərdən, cadudan qorunmanın

Bəd nəzərdən, cadudan qorunmanın YOLLARI Yəqin ki, ara-sıra yoldan keçən insan axınının içinə düşmüsünüz. Bundan sonra isə özünüzü narahat, gərgin hiss etmisiniz. Həmin an geriyə dönüb baxsanız, mütləq sizə tuşlaan hiddətli baxışların şahidi olarsınız.

Publika.az xəbər verir ki, bu narahatçılığın səbəbi bəd nəzərdir. Həmin baxışın sahibi, bəlkə də, sizə pislik etmək fikrində olmayıb. Sadəcə, həmin an mənfi enerjisini, yorğunluğunu ötürə biləcəyi yeganə insan siz olmusunuz.

Çox vaxt bəd nəzərin əsas səbəbi eqoizm olur. "Qoy mən yaxşı olum, başqaları mənfi enerjimi özünə çəksin" kimi fikirlər şəxsin qarşısındakı insana gərginlik gətirir. Ümumilikdə isə bəd nəzərin əsas səbəbi paxıllıq hissidir. Buna baxmayaraq, həddən artıq kompliment, gözəl sözlər, pərəstiş də gözdəyməyə səbəb olur. Bəzən hətta cadugər küçəyə çıxıb gərgin enerjini, duanı hava, yaxud su ilə də yaya bilir. Bu cür cadular yüzlərlə insana pis təsir edib, həyatını alt-üst edir.

Bəs bunun səbəbi nədir?

Məsələ burasındadır ki, cadugərlik bacarığı olan xəsis insanlar, ətraflarında olan müsbət enerjidən, sakitçilikdən tez bezirlər. Onlar insanları kədərə boğmaqdan mənəvi güc alırlar. Yaxud da bəzən bəd əməlləri yeni mənimsəyən cadugərlər konkret düşmənini hədəf alarkən yanılır və onlarla günahsız insana daxili işgəncə verir.