Aqorafobiya: səbəblər, müalicə


Digərləri 12 May 2018 20:45:00 360 0

Aqorafobiya: səbəblər, müalicə

Aqorafobiya - evdən çıxmaqdan, marketə daxil olmaqdan, izdihamlı və ictimai yerlərdə olmaqdan, qatarla, avtobusla, təyyarə ilə tək səyyahət etməkdən qorxmaqdır.

Aqorafobiyanın şiddəti fərdlər arasında önəmli dərəcədə dəyişə bilir. Məsələn, şiddətli aqorafobiyası olan biri evi tərk edə bilmədiyi halda, digəri uzun məsafəni problemsiz gedə bilir.

Əlamətləri əsasən 3 yerə ayrılır: - Fiziki - Koqnitiv - Davranış

Son.az hekimtap.az-a istinadən bildirir ki, aqorafobiyanın fiziki simptomları əsasən sizi  narahat edən situasiyanın içinə düşdüyünüzdə meydana çıxır. Bununla belə aqorafobiyalı bir çox insan fiziki simptomlara nadir hallarda məruz qalır, çünki belə insanlar onları narahat edən vəziyyətdən qaçmağa çalışırlar.

Aqorafobiyanın fiziki əlamərləri panik atakın əlamətləri ilə bənzər ola bilər.

- Tez- tez ürək döyünməsi  - Tez-tez nəfəs almə(hiperventilyasiya)  - İsti və ya tərli hiss etmə  - Özünü xəstə hiss etmə  - Ürək ağrısı  - Udma aktında çətinlik  - İshal  - Baş gicəllənmə

Aqorafobiyanın koqnitiv əlamətləri fiziki əlamətlərlə əlaqəli olan, bəzən də əlaqəli olmayan duyğu və düşüncələrdir.