Astarada bir yaşlı uşağın əli ət çəkən maşında qalıb VİDEO


Digərləri 12 May 2018 20:06:00 268 0

Astarada bir yaşlı uşağın əli ət çəkən maşında qalıb  VİDEO

Astarada bir yaşlı uşağın əli ət çəkən maşında qalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonun Maşxan kəndində qeydə alınıb. Həmin kənd sakini, 2017-ci il təvəllüdlü İlahə Fəxrəddin qızı Məmmədova valideynlərinin diqqətindən yayınaraq sol əlini ət çəkən maşına salıb. Nəticədə İ. Məmmədovanın əli orada qalıb. O, valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın əlini ət çəkən maşından çıxarmaq üçün FHN-in Cənub Regional Mərkəzinə məlumat verilib.Xəstəxanaya gələn xilasedicilər xüsusi alətlərin istifadə etməklə ət maşınını kəsərək İ. Məmmədovanın əlini oradan çıxarıblar. Azyaşlı aldığı xəsarətlərlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir.


Xəbərə aid video