Qarabağ zəif rəqibə böyükhesabla uduzdu


İdman 12 May 2018 19:16:00 242 0

Qarabağ zəif rəqibə böyükhesabla uduzdu

Futbol üzrə Topaz Premyer Liqasında XXVII tura start verilib.

Goal.az-ın məlumatına görə, turun ilk oyununda Keşlə Qarabağ'ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi başa çatıb. Görüşdə hesab erkən açılıb. 4-cü dəqiqədə paytaxt təmsilçisinin legioneri Andre Klenon komandasını hesabda önə çıxarıb. Bu qoldan 4 dəqiqə sonra Pərdis Fərcad-Azad fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə Slavik Alxasov qoyub. Müdafiəçi 16-cı dəqiqədə fərqlənməklə qələbədə pay sahibi olub.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran Keşlə 6-cı yerdəki mövqeyini daha da yaxşılaşdırıb. Qarabağ isə 62 xalla birinci yerdədir.