"Tələsik olanda qaydalar yaddan çıxır" Qaydanı pozan sürücü VİDEO FOTO


Digərləri 12 May 2018 18:12:00 315 0

"Tələsik olanda qaydalar yaddan çıxır"  Qaydanı pozan sürücü  VİDEO  FOTO

May ayının 1-dən etibarən hər bir sürücüyə günəş şüalarının qarşısını almaq üçün avtomobillərinə sənaye istesalı olan pərdələr quraşdırmağa icazə verildi.

Son.az ARB 24-ə istinadla xəbər verir ki, qaydalara görə ön şüşənin işıqburaxma qabiliyyəti 75%, qabaq yan şüşələr 70%, arxa yan şüşələrdə isə 65% olmalıdır.

Lakin sürücülərin əksəriyyəti standartlara məhəl qoymur, sənaye istehsalı olmayan pərdələrdən istifadə edirlər. Bu zaman isə görmə səviyyəsi maksimum dərəcədə aşağı enir və qəza halları qaçılmaz olur. Belə sürücüləri aşkarlamaq üçün yol polisləri mütəmadi olaraq hərəkətə nəzarət edirlər. 

Cərimə olunsalar da onların böyük əksəriyyətini polis əməkdaşları öz fikrindən daşındıra bilmir. Görünür sükan sahiblərini qaydalardan daha çox avtomobillərinin görünüşü maraqlandırır. 

Sürücü: "Tələsirəm. Tələsik olanda qaydalar istər-istəməz adamın yadından çıxır".

Qaydanını pozan sürücü: "Bu qanun gözəl şeydir. A kişi orda nə var onu yaz. Radaradımı filan hamısını yaz".


Xəbərə aid fotolar