İsmayıllıda sel 3 kəndlə əlaqə kəsildi VİDEO FOTO


Digərləri 12 May 2018 17:36:00 310 0

İsmayıllıda sel  3 kəndlə əlaqə kəsildi  VİDEO  FOTO

İsmayıllıyada sel suları 7 kəndə ziyan vurub.

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, dağlıq ərazidə yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnədaxar və Zeyvə kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib.

Gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib.

Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki dağ çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb, nəticədə Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Sakin: "Dünən yağış yağandan çaydan gediş-gəliş dayanıb".


Xəbərə aid fotolar