Milli Oftalmologiya Mərkəzinin Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar təşkil etdiyi aksiya yekunlaşıb (FOTO)


Digərləri 12 May 2018 17:01:00 321 0

Milli Oftalmologiya Mərkəzinin Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar təşkil etdiyi aksiya yekunlaşıb (FOTO)

Azərbaycanda ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkil etdiyi Dəmiryolu Səyyar Klinikası ilk humanitar aksiyasını yekunlaşdırıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkil etdiyi Dəmiryolu Səyyar Klinikası ilk humanitar aksiyasını yekunlaşdırıb. Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, mayın 8-dən 12-dək keçirilən humanitar aksiyanın məqsədi pasiyentlərə oftalmoloji yardım göstəməkdir: "Səyyar Klinika ilk səfərini Azərbaycan və İran sərhədinə - Astara rayonuna edib. Astaranın dəmiryolu stansiyasında yerləşən Səyyar Klinikada keçirilən humanitar aksiya zamanı Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə mərkəzin 17 nəfərdən ibarət yüksək ixtisaslı tibb heyəti 675 nəfər xəstəni müayinə və müalicə edib, 30-a yaxın pasiyent isə əməliyyat edilib. Pasiyentlər arasında İran vətəndaşları da iştirak edib. Onlar Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası haqqında məlumatlı olduqlarını və ona görə də gözlərində yaranan problemin həlli üçün buraya gəldiklərini deyiblər. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir".