Efiopiyada Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı seminar keçirilib


Digərləri 12 May 2018 16:17:25 279 0

Efiopiyada Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı seminar keçirilib

Azərbaycanın Efiopiyadakı Səfirliyi və Efiopiyanın Dövlət Qulluğu Universitetinin birgə təşkilatçılığı ilə Əddis-Əbəbə şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Dövlət və Milli quruculuğunda liderliyin rolu” mövzusunda seminar təşkil olunub.

Bakı. Azərbaycanın Efiopiyadakı Səfirliyi və Efiopiyanın Dövlət Qulluğu Universitetinin birgə təşkilatçılığı ilə Əddis-Əbəbə şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Dövlət və milli quruculuğunda liderliyin rolu” mövzusunda seminar təşkil olunub. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edənlər sırasında Efiopiyanın sabiq prezidenti Neqasso Gidado, Efiopiyanın Liderlik İnstitutunun, Əddis-Əbəbə Universitetinin və Efiopiyanın Dövlət Qulluğu Universitetinin doktor-professor heyəti, akademik və beyin mərkəzlərinin və həmçinin Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusunun rəhbərləri və yerli media nümayəndələri olub. Seminarda geniş təqdimatla çıxış edən səfir Elman Abdullayev Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycanda dövlətçiliyin qurulmasında Ümummilli Liderin müstəsna xidmətlərinin olduğunu qeyd edib. Səfir E.Abdullayev Ulu Öndər Heydər Əliyevin Azərbaycanı tənəzzüldən, xaos və parçalanmaq təhlükəsindən xilas edərək, ölkəmizi tərəqqi və inkişaf yoluna çıxartdığını seminar iştirakçılarının diqqətinə çatdırıb. Səfir Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın banisi olduğunu vurğulayaraq, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin bütün sahələrdə sürətli inkişafının əsasında dahi şəxsiyyət Heydər Əliyevin tarixi uzaqgörənliyi və müdrik siyasətinin dayandığını bildirib. Azərbaycanın tarixinə və mədəniyyətinə bağlı olan Ulu Öndər Heydər Əliyevin multikulturalizm və tolerantlıq dəyərlərinə xüsusi önəm verdiyini qeyd edən səfir E.Abdullayev, Ümummilli Liderin Azərbaycançılıq məfkurəsini yaratdığını və Azərbaycan xalqını bir çətir altında birləşdirdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin xarici siyasəti barədə iştirakçıları məlumatlandıran səfir E.Abdullayev, Azərbaycanın beynəlxalq ictimaiyyətlə, xüsusilə qonşu ölkələrlə əməkdaşlığının genişləndirilməsi və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsində Ümummilli Liderin misilsiz xidmətlərinin olduğunu bildirib. Seminarda digər qonaqlar, o cümlədən Türkiyənin Əddis-Əbəbədəki səfiri Fatih Ulusoy, Efiopiyanın Somalidəkı keçmiş səfiri Vondimu Asamnev, Dövlət Qulluğu Universitetinin vitse-prezidenti Berhanu Belaynuh və Əddis-Əbəbə Universitetinin professoru Assefa Fişa çıxış ediblər. Müzakirələr zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan dövlətçilik və liderlik ənənələrinin xüsusi əhəmiyyəti vurğulanıb. Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar. Tədbir Efiopiyanın yerli media qurumlarının diqqət mərkəzində olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin