Milan'ı Juventus'a dəyişdi


İdman 12 May 2018 15:20:00 274 0

Milan'ı Juventus'a dəyişdi

Milan'ın yarımmüdafiəçisi Cakomo Bonaventura mövsümün sonunda klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində Juventus maraqlıdır. Hətta Turin klubunun idman direktoru Fabio Paratiçi bu həftə Bonaventuranın meneceri Mino Rayola ilə görüşüb. İddiaya görə, İtaliya millisinin üzvü də “qoca sinyora”nın formasını geyinməyə razıdır.

Milan özü də yarımmüdafiəçini satmağın əleyhinə deyil. “Qırmızı-qaralar”ın futbolçusuna görə 25-30 milyon avro tələb etdiyi bildirilir.

Juventus'la yanaşı, Roma, ArsenalBorussia Dortmund da Bonaventura ilə maraqlanır.