Elmir Vəlizadə AHK Azərbaycanın İKT İşçi Qrupunun görüşündə iştirak edib


Digərləri 12 May 2018 15:51:00 313 0

Elmir Vəlizadə AHK Azərbaycanın İKT İşçi Qrupunun görüşündə iştirak edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) İşçi Qrupunun növbəti görüşündə iştirak edib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) işçi qrupunun növbəti görüşündə iştirak edib. “AHK Azərbaycan”dan Trend-ə verilən məlumata görə, görüşün əsas mövzusu 2016-cı ilin dekabrında nəşr olunan "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" olub. Müzakirələrdə həmçinin rəqəmsal iqtisadiyyatda və ictimai sektorda İKT səmərəliliyinin daha da artırılmasında İKT infrastrukturunun əhəmiyyəti vurğulanıb. Tədbir AHK Azərbaycanın İdarə Heyətinin sədr müavini Fərid İsayevin və Almaniya Federativ Respublikasının səfirliyinin missiya rəhbərinin müavini xanım Tereza Şönfeldin salamlama nitqləri ilə açılıb. Bundan sonra tədbir AHK Azərbaycanın İKT işçi qrupunun sədri Rüfət Hacıəlibəyovun İşçi Qrupunun fəaliyyəti və görüşün əsas mövzusu barədə qısa təqdimatı ilə davam edib.