Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib


Digərləri 12 May 2018 14:52:00 298 0

Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Mayın 11-də baş tutan tədbirdə Çin dövlət qurumlarının rəsmiləri, 30-a yaxın ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin ŞƏT-də təmsil olunan ölkələrin mədəni əlaqələrinin dərinləşməsi, dövlətlər arasında ənənəvi dostluğun və əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyib. R.Əlimov bu gün qəlbləri oxşayan musiqi, alovlu rəqs, lirik poeziya vasitəsilə əfsanələr yurdu, zəngin və bərəkətli Azərbaycanın qədim, rəngarəng və fərqli mədəniyyəti ilə tanış olmaq imkanı yarandığını deyib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ölkəmizin öz nüfuzu ilə seçilən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, qurumun işinə daha çox töhfə verə bilmək məqsədilə təşkilatdakı mövcud statusunu yüksəltmək istəyində olduğunu vurğulayıb.