Memarlar İttifaqı Heydər Əliyevin 95 illiyinə və AXC-nin yaranmasının 100 illiyinə həsr edilmiş plenum keçirib (FOTO)


Digərləri 12 May 2018 14:54:00 301 0

Memarlar İttifaqı Heydər Əliyevin 95 illiyinə və AXC-nin yaranmasının 100 illiyinə həsr edilmiş plenum keçirib (FOTO)

Azərbaycan Memarlar İttifaqının İdarə heyəti Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş plenum keçirib.

Bakı. Ənvər Məmmədov - Azərbaycan Memarlar İttifaqının İdarə heyəti Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş plenum keçirib. Trend-in məlumatına görə, əvvəlcə Memarlar İttifaqının İdarə heyətinin üzvləri Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə əklillər və gül dəstələri qoyublar. Sonra plenum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib “Əbədi məşəl” xatirə abidəsinin önünə əklil qoyublar. Plenum başlanmamışdan əvvəl qonaqlar "Four Seasons" otelinin “Segah” zalının foyesində təşkil edilmiş "Müasir Azərbaycan memarlığı” sərgisi ilə tanış olublar. Plenumu salamlama sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Respublikanın Əməkdar memarı Elbay Qasımzadə Heydər Əliyevin memarlıq sənətinin təbliğində və inkişafında böyük rolunu qeyd edib, Ümummilli Liderin memarlıq sənətinə olan münasibəti və sənətin incəliklərini dərindən bildiyi barədə danışıb. Elbay Qasımzadə son illərdə şəhər və qəsəbələrimizin abadlaşdırılması, onların memarlıq simasının zənginləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri qeyd edib. Eyni zamanda o, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin tarixi və memarlıq irsinin qorunması və bərpası işinə böyük diqqət ayırdığını vurğulayıb.