Bakıya daha bir yeni metro qatarı gətirilib


Digərləri 12 May 2018 14:34:51 225 0

Bakıya daha bir yeni metro qatarı gətirilib

Bakıya daha bir yeni metro qatarı gətirilib.

Bakı. Bakıya Rusiyadan daha bir yeni metro qatarı gətirilib “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev-in Trend-ə verdiyi məlumata görə, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair imzalanan müqaviləyə görə artıq ikinci qatar da Azərbaycana gətirilib: "Hazırda Rusiyadan gələn və yerli mütəxəssislər tərəfindən qatarın istifadəyə verilməsi prosesi gedir. Avadanlıqlar quraşdırılacaq, sazlanma işləri aparılacaq, daha sonra sınaqlar həyata keçiriləcək. Yalnız bundan sonra qatar xəttə buraxılacaq". İlk qatarın aprelin 21-dən xəttə buraxıldığını deyən N.Paşayevin sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir: "Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır.