Salah Real Madrid'ə keçəcəyi xəbərinə münasibət bildirdi


İdman 12 May 2018 14:06:00 361 0

Salah Real Madrid'ə keçəcəyi xəbərinə münasibət bildirdi

Liverpool'un yarımmüdafiəçisi Məhəmməd Salah komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Goal.az xəbər verir ki, adı Real Madrid'lə hallanan misirli futbolçu hazırkı komandasında qalacağını açıqlayıb.  Liverpool'da özünü xoşbəxt hiss edən 25 yaşlı oyunçu ingilis klubu ilə yeni uğurlar qazanmaq istədiyini söyləyib:

“Liverpool'da hər şey məni qane edir, burada özümü xoşbəxt hiss edirəm.  Bu komanda ilə birlikdə gələcəkdə yeni hədəflərim var. Mükəmməl bir mövsüm keçiririk. Çempionlar Liqasının finalındayıq. Hamımız çox həyəcanlıyıq”.