Zaqatalada dolu düşdü, bəzi çaylar daşdı


Digərləri 12 May 2018 12:57:00 246 0

Zaqatalada dolu düşdü, bəzi çaylar daşdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraiti barədə məlumat yayıb.

Departamentdən Son.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində mayın 11-i gün ərzində, 12-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb. Zaqatalada saat 15:08 radələrində dolu düşüb.

Yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.