Vəfat edən aşıq Azərin ona yazdığı mesajı paylaşdı


Digərləri 12 May 2018 12:47:00 310 0

Vəfat edən aşıq Azərin ona yazdığı mesajı paylaşdı

Tanınmış aşıq Azər Xanlaroğlunun (Məhərrəmov) vəfatı xəbəri hər kəsi üzdü. 

Son.az xəbər verir ki, 5 ildir ağır xəstəlikdən əziyyət çəkən 35 yaşlı sənətçinin qəfil ölümü sənət yoldaşlarını üzüb.

Gənc xanım xanəndə Ayşən Mehdiyeva Azərin sosial şəbəkədə ona yazdığı mesajı aşağıdakı şərhlə paylaşıb:

"Həyat bu qədərmi vəfasız olub? Bir müddət öncə birlikdə layihə etməklə bağlı danışmışdıq. Azərdə o qədər həyat eşqi var idi ki, bir an belə xəstəliyin ona qalib gələcəyini düşünməzdi, deyirdi hər şey yaxşı olacaq. Olmadı, qardaş. Allah sənə rəhmət eləsin. Ailənə, bizə səbr versin. Heyif, çox heyif".

Azərin Ayşən Mehdiyevaya yazdığı mesaj:

Qeyd edək ki, Azər Xanlaroğlu hepatit virusundan və Fil xəstəliyindən əziyyət çəkirdi.

Təhməz Təkin


Xəbərə aid fotolar