Kubokun qalibi Avroliqaya buraxılmayacaq


İdman 12 May 2018 12:44:00 316 0

Kubokun qalibi Avroliqaya buraxılmayacaq

Rusiya kubokunun finalında Tosno  Avanqard'ı 2-1 hesabıyla məğlubiyyətə uğradıb.

Goal.az xəbər verir ki, Volqoqradda keçirilən oyunda qazanılan qələbə Leninqrad vilayətinin komandası üçün tarixində ilk uğur olub. Buna baxmayaraq komanda Avropa liqasında iştirak edə bilməyəcək. Buna səbəb isə klubun vaxtında lisenziya ala bilməməsidir.

Bu halda ölkəni Avroliqada çempionatı 6-cı bitirən komanda təmsil edəcək.