Zaqatalada dolu düşdü, bəzi çaylar daşdı


Digərləri 12 May 2018 12:41:00 248 0

Zaqatalada dolu düşdü, bəzi çaylar daşdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraiti barədə məlumat yayıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraiti barədə məlumat yayıb. Departamentdən Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində mayın 11-i gün ərzində, 12-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb. Zaqatalada saat 15:08 radələrində dolu düşüb. Yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.