Qaçan məhbuslara görə tutulan qarovul rəisinin həbs müddəti yenidən uzadıldı - 3 ay


Digərləri 12 May 2018 12:31:00 243 0

Qaçan məhbuslara görə tutulan qarovul rəisinin həbs müddəti yenidən uzadıldı - 3 ay

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun həbs müddəti uzadılıb.

Bakı. Samir Əli - Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun həbs müddəti uzadılıb. Bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib. Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə C. Səmədovun həbs müddəti 3 ay, avqustun 23-dək uzadılıb: Xatırladaq ki, C.Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu il mayın 23-də başa çatırdı. Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.