Astarada təhlükəli körpü Sakinlər qorxu içində VİDEO FOTO


Digərləri 12 May 2018 12:11:00 325 0

Astarada təhlükəli körpü  Sakinlər qorxu içində  VİDEO  FOTO

Astaranın ikinci ən böyük yaşayış məntəqəsi olan Şiəkaran kəndində 7 minə yaxın insan yaşayır.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, əhalinin 70-80 %-i əkin torpaqlarında işləmək, örüş sahələrinə heyvanlarını aparmaq üçün Pensər çayı üzərindəki körpüdən istifadə edir. Körpü isə 10 ildən çoxdur ki, dayaqlarının qırılması nəticəsində qəzalı vəziyyətdədir.

Sakin: "Körpü dağılsa, keçməyə yolumuz olmayacaq".

Sürücü: "Kəndən adamları daşıyıram. Əhalini aparanda təhlükəli durumda oluruq".

Rayon Fövqəladə hallar komissiyasının sədri Allahverən Mahmudov bildirdi ki, yaranmış vəziyyətdən xəbərdardır:


Xəbərə aid fotolar