DGK: Ölkəyə qanunsuz gətirilən dekorativ şamlar aşkarlanıb (FOTO)


Digərləri 12 May 2018 12:16:00 233 0

DGK: Ölkəyə qanunsuz gətirilən dekorativ şamlar aşkarlanıb (FOTO)

Külli miqdarda dekorativ şamlar və aksesuarlar aşkar edilib.

Bakı. Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində "Paşabahçe" markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şamlar, 24 ədəd "Paşabahçe Zeyna" markalanma yazısı olan dekorativ şamlar və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çılçıraqdan əlavə asılması üçün nəzərdə tutulan aksesuarlar aşkar olunub.